informasiyasını mühafizə vasitələri

Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələri

informasiyanın istifadəçisi
inkassasiya
OBASTAN VİKİ
Dərman vasitələri
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Nəqliyyat vasitələri
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
Mühafizə biologiyası
Mühafizə biologiyası növlərin, onların yaşayış yerlərinin və ekosistemlərin həddindən artıq nəsli kəsilməkdən və biotik qarşılıqlı təsirlərin aşınmasından qorumaq məqsədi ilə təbiətin və Yer kürəsinin biomüxtəlifliyinin qorunmasını öyrənir. Təbiət və sosial elmlər və təbii ehtiyatların idarə edilməsi praktikasını əhatə edən fənlərarası elmdir. :478 Qoruma etikası mühafizə biologiyasının tapıntılarına əsaslanır. == Mənşəyi == Mühafizə biologiyası termini və onun yeni bir sahə kimi konsepsiyası 1978-ci ildə amerikalı bioloqlar Bruce A.Uilkoks və Maykl E.Solun rəhbərliyi ilə, Ser Otto Frankel, Thomas Lovejoy və Cared Daymond daxil olmaqla bir qrup aparıcı universitet və zoopark tədqiqatçıları və mühafizəçilərlə birlikdə Kaliforniyanın La Jolla şəhərində San Dieqo Universitetində keçirilən "Mühafizə biologiyası üzrə Tədqiqat üzrə Birinci Beynəlxalq Konfransın" çağırılması ilə yaranmışdır. Görüşün keçirilməsinə səbəb tropik meşələrin qırılması, yoxa çıxan növlərin, növlər daxilində genetik müxtəlifliyin aşınması ilə bağlı narahatlıq olub. Konfrans və nəticələr bir tərəfdən ekologiya nəzəriyyəsi və təkamül genetikası, digər tərəfdən isə təbiəti mühafizə siyasəti və praktika arasında uçurumun aradan qaldırılmasına təşəbbüs göstərməyə çalışdı. Mühafizə biologiyası bioloji müxtəliflik konsepsiyası ilə birlikdə ortaya çıxdı və müasir mühafizə elmi və siyasəti dövrünün kristallaşmasına kömək etdi. Mühafizə biologiyası üçün xas multidissiplinar əsas, mühafizə sosial elmləri, mühafizə davranışı və mühafizə fiziologiyası da daxil olmaqla yeni alt fənlərə gətirib çıxardı. Bu, Otto Frankelin ilk dəfə yaratdığı, lakin indi də tez-tez alt intizam hesab edilən konservasiya genetikasının daha da inkişafına təkan verdi. == Təsviri == Dünyada qurulmuş bioloji sistemlərin sürətlə tənəzzülü o deməkdir ki, mühafizə biologiyası çox vaxt “son tarixli intizam” adlandırılır.
Mühafizə dəstəsi
SS (alm. Schutzstaffel‎ — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır. 1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır. Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır. == Tarix == 1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm.
Mühafizə fotoqrafiyası
Mühafizə fotoqrafiyası — fotoqrafiya prosesində çox istifadə edilir və onun məhsullarının qaydaları içində qorunmalı obyektlərin vəkilidir. Mühafizə fotoqrafiyası ətraf mühitin və biosferin yaxşılaşdırılması və təbiətin qorunması üçün bir vasitə kimi sənədli fotoqrafiyanın konkret yönü ilə təbiət fotoqrafiyasını birləşdirir.
Mühafizə halqaları
Mühafizə halqaları (en. Protection ring) - Ring 0, Ring 1, Ring 2, Ring 3; sistem və istifadəçi səviyyəsində üstünlüklərin (imtiyazların) texniki cəhətdən ayrılmasını gerçəkləşdirən informasiya təhlükəsizliyi və dayanıqlı fəaliyyət arxitekturası. Üstünlüklərin strukturunu bir neçə konsentrik dairə şəklində göstərmək olar. Bu halda resurslara maksimal erişməni təmin edən sistem rejimi (supervizor rejimi, yaxud “0 halqası”) daxili dairə, məhdud erişimli istifadəçi rejimi isə xarici halqadır. Ənənəvi olaraq, x86 mikroprosessorları ailəsi dörd mühafizə halqasını təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mühafizə relesi
Mühafizə relesi — sistemdə xəta müəyyən edilən zaman kəsicini dövrədən açan rele qurğusudur. İlk mühafizə releləri elektromaqnetik qurğular idi. Bu mühafizə releləri yüksək cərəyan, yüksək gərginlik, cərəyanın tərs axını, yüksək tezlik və aşağı tezlik kimi hallar müəyyən edilən zaman kəsicini dövrədən açır. Elektromexaniki relelər sistemdə yaranan xətanın yalnız yerini və səbəbini elementar olaraq indikasiya etmək imkanına malikdir. Bir çox hallarda vahid mokroprosessorlu relelər iki və daha çox elektromexaniki qurğuların funksiyalarını təmin edirdilər.
Mühafizə statusu
Mühafizə statusu — bioloji növlərin hazırda və yaxın gələcəkdə qorunması göstəricisidir. Mühafizə statusunun qiymətləndirilməsi zamanı bir çox faktorlar, — yaşayan fərdlərin sayı, müəyyən vaxt ərzində onların sayının çoxalma və azalması, seleksiya nailiyyətləri, məlum olan təhlükələr və s. nəzərə alınır.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Kütləvi informasiya vasitələri
Kütləvi informasiya vasitələri və ya qısaca KİV — texniki vasitələrdən istifadə etməklə informasiyanın ictimai formada ötürülməsi orqanlarının məcmusu. Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Rəqəmsal media həm internetdən, həm də mobil kütləvi kommunikasiyadan ibarətdir. İnternet mediası e-poçt, sosial media platformaları, internet saytları və internet əsaslı radio və televiziya kimi xidmətlərdən ibarətdir. Bir çox digər kütləvi informasiya vasitələrinin internetdə əlavə iştirakı var. Bunlara televiziya reklamlarına onlayn qoşulmaq və ya yayımlamaq, ya da açıq və ya çap mediasında QR kodları yaymaq, mobil istifadəçiləri veb-sayta yönləndirmək daxildir. Bu yolla, onlar internetin verdiyi asan əlçatanlıq və yardım imkanlarından istifadə edə bilərlər. Beləliklə, onlar eyni vaxtda və sərfəli şəkildə dünyanın bir çox müxtəlif bölgələrində asanlıqla məlumat yayımlaya bilərlər. Xarici media məlumatı bilbordlar, blimplər, uçan reklam lövhələri, avtobusların, ticarət binalarının, dükanların, idman stadionlarının, metro vaqonlarının və ya qatarların, köşklərin daxilində yerləşdirilən yazılar, lövhələr, plakatlar kimi media vasitələri ilə ötürür. Çap mediası kitablar, komikslər, jurnallar, qəzetlər və ya broşürlər kimi fiziki obyektlər vasitəsilə məlumat ötürür.
Bakıda kütləvi informasiya vasitələri
== Media == Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. == Telekanallar == Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. == Radio == İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya regionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdur. == Mətbu orqanlar == Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Başqırdıstan kütləvi informasiya vasitələri
Başqırdıstan kütləvi informasiya vasitələri — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının kütləvi informasiya vasitələri. Başqırdıstan Respublikasında başqırd, rus, tatar, çuvaş və mari dillərində qəzet və jurnallar çıxır. 2007-ci ilin məlumatlarına əsasən “Respublika Başkortostan”, “Başkortostan”, “Kızıl tan”, “Molodyojnaya qazeta”, “Veçernyaya Ufa”, “Ural səsi”, “Çolman” (“Kama”) qəzetləri, “Vətəndaş”, “Ufa”, “Hənək” (satira və yumor), həmçinin uşaq və gənclər üçün “Amanat” və “Akbuzat” jurnalları respublikanın əsas mətbu orqanları idi. “Başkortostan” dövlət teleradio şirkətinin tərkibində “Radio Başkortostana” radiostansiyası və Başqırdıstan peyk telekanalı fəaliyyət göstərir. “Başinform” dövlət informasiya agentliyi 1994-cü ildə yaradılmışdır. == Həmçinin bax == "Başkortostan" qəzeti == Ədəbiyyat == Кузбеков Ф. Т. Башкирская журналистика: история и современность. — Уфа: БГУ, 1998.
Tayvan kütləvi informasiya vasitələri
Tayvan kütləvi informasiya vasitələri — Tayvanın kütləvi informasiya vasitələri. == Dövri nəşrlər == Tayvanda 600-dən çox qəzet və jurnal nəşr olunur. Dövri nəşrlərin çoxu ingilis dilindədir və onların hamısı Taybey şəhərində buraxılır. === Qəzetlər === İngilis dilində olan əsas qəzetlər bunlardır: "İn dependent Evening Post" qəzeti 1947-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "İndependent Morning Post" qəzeti 1988-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 300 min nüsxədir. "Commercial Times" qəzeti 1978-ci ildən etibarən gündəlik nəşr olunur. Tirajı təqribən 250 min nüsxədir. "China Post" qəzeti 1952-ci ildən etibarən gündəlik nəşr olunur.
Çin kütləvi informasiya vasitələri
Çin kütləvi informasiya vasitələri — Çin Xalq Respublikasının kütləvi informasiya vasitələri. == Tarixi == Çin Xalq Respublikasında müasir tipli qəzetlərin nəşrinə XIX əsrin ortalarından başlanılmışdır. == Dövri nəşrlər == 2008-ci ildə ölkədə ümumi tirajı 35 milyard nüsxə olan dövri nəşrlərin sayı 2 mindən çox idi. Onların təqribən 20%-i Çin Kommunist Partiyasının orqanıdır. === Qəzetlər === Aparıcı ümummilli qəzetlərin hamısı Pekində nəşr olunur ki, onlara misal olaraq, bunları göstərmək olar: "Jenmin jibao" (azərb. "Xalq qəzeti"‎) ÇXR MK-nın orqanıdır. 1948-ci ildən, gündəlik nəşr olunur. Tirajı təqribən 5 milyon nüsxədir. "Qunjen jibao" (azərb. "Fəhlə qəzeti"‎) Ümumçin həmkarlar ittifaqları federasiyasının orqanıdır.
Princess mühafizə proqramı
Şahzadə mühafizə proqramı — 2009-cu ildə çəkilən orijinal Disney Channel filmidir. Baş rollarda — Demi Lovato və Selena Qomezdir.
Uşaqları Mühafizə Cəmiyyəti
Uşaqları Mühafizə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət xeyriyyə təşkilatı. == Tarixi == Y.A.Gindesin təşəbbüsü ilə yaradılmışdı (1917). Sədri Y.A.Gindes, sədr müavini isə Eynülhəyat Yusifbəyli (Azərbaycan Xalq Cümhuriyyəti 4-cü və 5-ci hökumət kabinələrinin başçısı Nəsib bəy Yusifbəylinin həyat yoldaşı) olmuşdur. == Fəaliyyəti == Cəmiyyətin məqsədi Bakıda yaşayan 17 yaşınadək uşaqların həyat şəraitini hərtərəfli öyrənmək, əhalini onların yaşayış tərzi və bütün ehtiyacları ilə geniş tanış etmək idi. Cəmiyyət xüsusi uşaq məhkəməsi təşkil etməklə, kimsəsiz uşaqların cinayətkar aləmdən uzaqlaşdırılmasına, onların yenidən tərbiyələndirilməsinə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirilmələri üçün etibarlı əllərə verilməsinə səy göstərirdi. Uşaq məhkəməsinin nəzdində uşaq koloniyası vardı. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdır.
Meşə mühafizə mühəndisi
Meşə mühafizə mühəndisi-peşə [1] meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının mühafisə üzrə rəhbəri. Meşə mühafizə mühəndisi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşə mühafizə mühəndisi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. == Meşə mühafizə mühəndisinin səlahiyyətləri və vəzifələri == Meşə mühafizə mühəndisi müəssisənin direktoruna tabe olmaqla onunla birlikdə meşələrin mühafizəsinə cavabdeh şəxsdir. Meşə mühafizə mühəndisi aşağıdakıları həyata keçirir: 1) Mütəmadi olaraq meşəbəyliklərdə meşələrin mühafizə vəziyyətinə nəzarət həyata keçirir, 2) Meşəbəyilərin, meşəbəyi köməkçisinin, meşə gözətçilərinin və yanğın gözətçilərinin texniki səviyyəsinin artırılması barədə tədbirlərin həyata keçirir, 3) Əhali arasında meşələrin qorunub mühafizə olunması və yanğından qorunması barədə marifləndirmə işlərinin aparır, 4) Meşəpozuntuları barədə akt-protokol tərtib edilməsinin düzgünlüyünə nəzarət edir və onların uçotunu aparır, 5) Meşə təsərrüfatında Meşəbəylik ərazisində yandın əleyhinə illik tədbirlər planın tərtib edir, 6) Meşəbəyliklər ərazisində yanğın əleyhinə aparılan tədbirlərə və meşə yanğınlarının söndürülməsinə rəhbərlik etməyə, 7) Meşə ərazilərində kordonların düzgün istifadə olunmasına, silah , sursatların istifadə və saxlama qaydalarına nəzarət edir.
Hüquq-mühafizə qüvvələri
Hüquq-mühafizə qüvvələri və ya asayiş keşikçiləri qanunu pozanları müəyyən etmək, qarşısını almaq, islah etmək və ya cəzalandırmaq yolu ilə qanunun icrasını təmin etmək üçün nəzərdə tutulmuş olan mütəşəkkil şəkildə fəaliyyət göstərən dövlət orqanlarının fəaliyyətidir. Bu terminə polislər, məhkəmələr və islah işləri daxildir. Müasir dövlət hüquq qaydaları, ənənəvi və ya and içmiş olaraq və yaxud da, döş nişanı alaraq bu vəzifəyə təyin edilmiş olan və cinayət qanununu pozduğuna görə təqsirləndirilən şəxsi həbs edə bilən istənilən şəxsi, habelə qanunverici dövlət tərəfindən polis gücünə və ya səlahiyyətinə malik olan istənilən şəxsi hüquq-mühafizə orqanlarının çətiri altında birləşdirir. Hüquq-mühafizə qüvvələri ən çox cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə məşğul olsalar da, cinayət xarakterli olmayan qayda və normaların pozuntularının qarşısını almaq məqsədilə azadlığın məhdudlaşdırılması, ev həbsi kimi daha yüngül sanksiyalar da tətbiq edə bilirlər. == Təşkilatlar == Ən tanınmış asayiş keşikçiləri polislər olsalar da, hüquq-mühafizə orqanlarında bu iş üçün təyin edilmiş olan fərqli və müxtəlif qruplar da mövcuddur. Hüquq-mühafizə orqanları adətən konkret yurisdiksiya daxilində fəaliyyət göstərirlər. Bəzi hallarda yurisdiksiya təşkilatlarının səlahiyyətləri toqquşa bilir; məsələn, ABŞ-də hər bir ştatın özünün əyalət hüquq-mühafizə orqanları vardır, lakin Federal Təhqiqatlar Bürosu da istənilən ştatda baş verən müəyyən cinayət proseslərinə qarşı tədbirlər görə bilər. Cəmiyyətin müxtəlif ixtisaslaşdırılmış təbəqələrinin özlərinin daxili hüquq-mühafizə mexanizmləri mövcud ola bilər. Məsələn, hərbi təşkilatlarda hərbi polis buna nümunə kimi göstərilə bilər.
Hüquq-mühafizə orqanı
Hüquq-mühafizə orqanı, xüsusi yurisdiksiya daxilində qanunun mühafizəsinə cavabdeh olan hər hansı dövlət orqanıdır. Hüquq-mühafizə orqanının ən çox yayılmış növü polisdir, lakin ədliyyə, kəşfiyyat idarəsi, prokurorluq və müxtəlif digər formalar da mövcuddur, konkret hüquqi pozuntuya diqqət yetirən və ya müəyyən orqanlar tərəfindən təşkil edilən və nəzarət edilən qurumlar da var. Onlar adətən həbs səlahiyyəti və güc tətbiq etmək kimi vəzifələrini yerinə yetirmək üçün müxtəlif səlahiyyətlərə və qanuni hüquqlara malikdirlər.
Qazaxıstanın hüquq-mühafizə orqanları
Qazaxıstanda hüquq-mühafizə işlərinə Sovet dövründən praktik olaraq dəyişməz qalan Qazaxıstan polisi və məhkəmələri tərəfindən həyata keçirilir və ölkənin Milli Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq arasında bölüşdürülür. 1998-ci ilə qədər Qazaxıstan polisi "milis" adlanırdı. == Təşkilat == Qazaxıstan polisi Daxili İşlər Nazirliyinin tabeliyindədir, Milli Təhlükəsizlik Komitəsi və Baş Prokurorluq isə müvafiq olaraq kəşfiyyat məlumatlarının toplanması və istintaqların aparılmasına cavabdehdir. 1992-ci ildən Qazaxıstan İnterpolun üzvü oldu. Onun hüquq-mühafizə orqanları Rusiya, Belarusiya, Özbəkistan, Ukrayna və Qırğızıstan hüquq-mühafizə orqanları ilə yaxından əlaqə saxlayır. == İnsan hüquqları == ABŞ-nin Qazaxıstandakı səfirliyinin veb saytında qeyd olunur ki, 2004-2005-ci illərdə Qazaxıstanda insan hüquqları vəziyyəti "qənaətbəxş qalır" və "hökumət öz səlahiyyətlərindən sui-istifadə etməyə davam edir". Freedom House müşahidəçi qrupu keçmiş Sovet dövlətini siyasi hüquqlara görə 6/7, vətəndaş azadlıqlarına görə isə 5/7 kimi qiymətləndirir (bu şkalada 7 ən aşağı, 1 isə ən yüksək qiymətdir) və onu "qeyri-azad" adlandırır. Human Rights Watch da daxil olmaqla müşahidəçilərin verdiyi məlumatlara əsasən, dekabrda keçirilən prezident seçkilərindən əvvəlki aylarda Qazaxıstanda siyasi özünüifadə hüququna məhdudlar tətbiq olunmuşdur. MKİ-nin "World fact book" adlı kitabında yazılıb ki, Qazaxıstan həbsxanalarında yatan 76.000 məhkumdan 1300 nəfəri 1995-ci ildə vərəmdən vəfat etmişdir, üstəgəl həbsxanalarda sıxlıq və işçi personalının az olması problemləri də müşahidə olunur. Dövlət tərəfindən həbsxana sisteminə edilən maliyyələşdirmə də kifayət etmir.
Sızma cərəyanından mühafizə avtomatı
Sızma cərəyanından mühafizə avtomatı — Elektrik sızmaları yaranan zaman ciddi zədələnmələrin qarşısını almaq üçün elektrik dövrəsini dərhal kəsən qurğu. Bu qurğuların elektrik birləşməsi dövrəni avtomatik və cəld bir şəkildə ayırmağa xidmət edir. Faza və neytral keçiriciləri arasında bir uyğunsuzluq yəni fərq yarananda dövrə ayrılır. Cərəyan sızması elektrik cərəyanının keçdiyi kabellər və elektrik avadanlıqların izolyasiya hissələrinin köhnəlməsi nəticəsində və ya xətalı izolyasiyaya görə keçirici hissələrin açıqda qalan hissələrinə əllə və ya bədənin hər hansı üzvü ilə birbaşa və ya başqa keçirici cismlə təmasdan yaranır. == İşləmə prinsipi == Əgər sistemdə bir sızma yoxdursa, torodial ölçü transformatoru içərisindən keçirilən faz və nol keçiriciləri, bərabər miqdarlı və əks istiqamətli cərəyana malik olurlar. Ölçü transformatoru içərisindən keçən toplam cərəyan dəyəri sıfır olduğuna görə, ölçü transformatoru üzərində hər hansı bir maqnit seli yaranmaz. Əgər sistemdə bir sızma cərəyanı yaranarsa, faz üzərindən keçən cərəyan miqdarının hamısı nol üzərindən geri qayıtmadığı üçün faz və nol cərəyanlarının cəmi sıfır olmaz. Aradakı fərq cərəyanı ölçü transformatoru üzərində bir maqnit seli yaradır. Bu maqnit seli isə sarğı üzərində bir cərəyan yaradır. Yaranan bu cərəyan idarəetmə dövrəsinin elektromaqnit bobinini (makara) hərəkətə keçirir.
Türkiyə Sahil Mühafizə Xidməti
Türkiyə Sahil Mühafizə Xidməti Türkiyənin bütün sahillərində daxili suları olan Mərmərə dənizi və Dardanel boğazlarında, liman və körfəzlərində beynəlxalq hüququn norma və prinsipləri əsasında xidmət edən dövlət orqanıdır. Osmanlı İmperiyası dövründə "Rüsumət Əmanəti" adı ilə qurulmuş və 13 iyul 1982-ci il tarixli, 2692 saylı qərarla hazırkı halına gəlmişdir. Səfərbərlik və müharibə vəziyyətində Türkiyə Hərbi Dəniz Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Sahil Mühafizə komandanlığının vəzifəsi təhlükəsizliyi və asayişi təmin etmək və qanunların özünə verdiyi digər səlahiyyətlərdən istifadə etməkdir. Şəxsi heyəti zabit, gizir, mülki məmur və işçilərdən ibarətdir. Dəniz Limanı Şöbə Müdirlikləri ilə birlikdə Türkiyənin sahil və dənizlərində asayiş, axtarış-xilasetmə və təhlükəsizlik kimi vəzifələri yerinə yetirən iki qurumdan biridir. == Tarixi == İstanbul xaricindəki sahillərin qorunması və qaçaqmalçılığın izlənib qarşısının alınması məqsədilə qurulmuş Taşra Gömrük İdarələri 1859-cu ildə eyni məqsədlə qurulmuş olan İstanbul Emtia Gömrük İdarəsinə birləşdirilmişdir. 1861-ci ildə qurumun adı Rüsumət Əmanəti olaraq dəyişdirilmişdir. 1886-cı ildə Jandarma qüvvələrinə bağlı "Kordon bölükləri" adlı qurum yaradılmışdır. Türkiyə Respublikasının elan olunmasından sonra 1932-ci ildə 1917 saylı qanunla Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən idarə olunan Gömrük Mühafizəsi Komandanlığının əsası qoyulmuşdur.
Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. == Tarixi == Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Ümumdünya Təbiəti Mühafizə Fondu
Ümumdünya Təbiəti Mühafizə Fondu (ing. World Wide Fund for Nature və ya qısaca WWF) — təbiətə qarşı ziyanı dayandırmağı və vurulan ziyanı bərpa etməyi hədəfləyən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ümumdünya Mühafizə fondu, dünyada beş milyondan çox tərəfdarı olan ən böyük mühafizə təşkilatıdır.100-dən çox ölkədə fəaliyyət göstərir, 3000-dən çox ətraf mühit layihələrini dəstəkləyir.1995-ci ildən bəri 12 mindən çox qorunma təşəbbüsünə 1 milyard dollardan çox sərmayə yatırılıb. == Tarixi == WWF-nin öncülü olan Qoruma Fondu, 1948-ci ildə Fairfield Osborn tərəfindən New York Zooloji Cəmiyyətinin (bu gün Vəhşi Təbiəti Qoruma Cəmiyyəti olaraq bilinən) dünyanın təbii sərvətlərini qorumaq məqsədi ilə təsis edilmişdir. == Panda simvolu == WWF-nin panda loqotipi, 1958-ci ildə Pekin Zooparkından London Zooparkına köçürülmüş Çi Çi adlı bir pandadan gəlir, WWF-nin qurulmasından. O dövrdə Qərb dünyasında yaşayan yeganə panda kimi məşhur olsa da, bənzərsiz tanınan fiziki xüsusiyyətləri və nəsli kəsilməkdə olan bir növ kimi statusu, təşkilatın bütün dil maneələrini aradan qaldırmaq üçün güclü tanınan simvollara ehtiyacı təmin etmək üçün ideal hesab olunurdu.